Amerika Birləşmiş Ştatlarının mərkəzi bankı Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini gözlənildiyi kimi 25 baza bəndi (0.25%) artırmaqla 5.25%-ə qaldırdı. FED bunu ölkədə üç bankla bağlı böhran ərəfəsində verib.
Banker.az bunu FED-in rəsmi internet səhifəsindəki press-relizə istinad edir.
Bununla da 2022-ci ilin martından bu tərəfə ölkədə 40 ilin maksimumuna yüksələn istehlak qiymətləri indeksini azaltmaq yolunda uçot faiz dərəcəsini 500 baza (5 faiz) bəndi artırmış oldu.
5.25%-lik səviyyəsə 2006-cı ilin iyunundan bu tərəfə maksimal həddir.
ABŞ-də sonuncu dəfə mart üzrə inflyasiya rəqəmləri açıqlanıb. İllik inflyasiya 6%-dən 5%-ə qədər enib. Bu, FED-in hədəf çərçivəsi olan 2%-dən xeyli yuxarı olsa da, 2022-ci ilin iyulundakı 9.1% pik həddən aşağıdır.
Birjalar cari əmək bazarındakı durum, maliyyə bazarında və inflyasiya şəraiti nəzərə alınmaqla növbəti iclaslarda faiz artımını mümkün saymır.