8 C
Baku
Monday, November 18, 2024

FED uçot faiz dərəcəsini yenidən kəskin artırır – Bu bir qədər də dolları bahalaşdıracaq

ABŞ-ın mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün iyulun sonunda baza faiz dərəcəsini 0.50 və ya 0.75 faiz bəndi artırmağa hazırlaşdığını deyib.

Banker.az xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin Açıq Bazar üzrə (FOMC) rəhbər komitəsinin ötən aykı iclasının hesabatında göstərilib.

FED işrə edib ki, qarşıdakı iclaslarda mümkün tədbirlərin qəbulunu müzakirə edərkən, iştirakçılar komitənin məqsədlərinə nail olmaq üçün uçot dərəcəsinin davamlı artırılmasının məqsədəuyğun olacağını gözləməkdə davam edirlər.

“Xüsusilə, iştirakçılar növbəti iclasda 50 və ya 75 baza bəndi dərəcəsinin artırılmasının məqsədəuyğun olacağını bildiriblər”- deyə, məlumatda deyilir.
Bununla da requlyator ABŞ iqtisadiyyatında göstəricilərinin pisliyə doğru getməsindən aslı olmayaraq inflyasiya ilə mübarizə aparmağın vacibliyini vurğulayıb.

“İclasın iştirakçıları sərtləşdirmə tədbirlərinin bir müddət iqtisadi artımı ləngidə biləcəyini etiraf ediblər, lakin onlar hesab edirlər ki, inflyasiyanın 2%-ə qaytarılması davamlı əsasda maksimum məşğulluğa nail olmaq üçün çox vacibdir”.

Son xəbərlər
Digər xəbərlər