1 C
Baku
Saturday, December 14, 2024

FED yenə uçot dərəcəsini 0-0,25% faiz səviyyəsində saxladı

ABŞ-ın Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Bu barədə maliyyə tənzimləyicisinin xəbərində deyilir.

“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib”, – tənzimləyicinin saytındakı xəbərdə deyilir.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5%-dən 9,3%-ə qədər, 2021-ci ildə – 3,6%-dən 6,5%-ə qədər artırıb.

Xatırladaq ki, ABŞ-ın Mərkəzi Bankının funksiyalarını yerinə yetirən FED apreldə də illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb. FED habelə uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər