23 C
Baku
Friday, April 26, 2024

Fermerlərə 2.39 milyon manat sı­ğorta ödənişi həyata keçirilib

2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik və heyvandarlıq sığortası üzrə ümumi olaraq fermerlərə 2.39 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Banker.az bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bir il öncəki göstəricini 3.9 dəfədən çox üstələyir.

İl ərzində ödənilən məbləğin 70.3 faizi (1.68 milyon manatı) bitkiçilik, 29.7 faizi (710 min manatı) isə heyvandarlıq üzrə sığorta ödənişinin payına düşüb. 2021-ci illə müqayisədə ötən il bitkiçilik sığorta ödənişləri üzrə 57.9 dəfə, heyvandarlıq​ üzrə isə 23.5 faiz artım qeydə alınıb.

Hesabat ilində 249 946 hektar ərazi və 13 102 baş heyvan sığortalanıb. Zərər dəyən ərazi 27 912 hektar, tələf olan heyvan sayı isə 418 baş təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər