18 C
Baku
Sunday, September 8, 2024

“Ferrum Kapital”ın 5 mln. manatlıq istiqrazı hərraca çıxarılır

14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 000 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

25 yanvar 2022-ci il tarixində “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2009022289
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı, ədəd 5000
Nominal Dəyəri 1,000 AZN
İllik faiz dərəcəsi       11.5 %
Tədavül müddəti 12 ay
Kupon faizlərinin ödəniş müddəti 1 aydan bir

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər