6 C
Baku
Sunday, December 15, 2024

FES-in qərarı maliyyə bazarlarında mülayim müsbət tendensiya yaradıb

Federal Ehtiyat Sistemi (FES) dünən, martın 16-da keçirdiyi son iclasında uçot dərəcəsini 0,25-0,50% səviyyəsində sabit saxlamaqla bu il üçün planlaşdırılan faizlərin artım sayını 4 dəfədən 2 dəfəyə kimi azaldıb. Agentliyin məlumatına görə, FES iclasının nəticələrinə görə, dekabr iclasında 2016-cı ildə faizlərin 4 dəfə artımı planlaşdırılsa da, bunun sayı artıq 2-yə salınıb.

FES 2016-cı il üzrə orta uçot dərəcəsi proqnozunu 1,4%-dən 0,9%-ə, 2017-ci il üçün – 2,4%-dən 1,9%-ə, 2018-ci il üçün isə 3,3%-dən 3%-ə endirib.

Qurumun başçısı Canet Yellen açıqlamasında qeyd edib ki, faiz dərəcələrini artırmaq imkanının olması hələ bunu həyata keçirmək mənası daşımır: “Daha bir müddət faz həddi uzunmüddətli orta səviyyədən aşağı qalacaq. İnflyasiya gözləntilərini isə reallıq kimi qəbul etmək üçün hələ tezdir. Baza inflyasiya göstəricisinin dayanıqlı artımına əmin olmalıyıq”.

C.Yellenin sözlərinə görə, FES 2-3 il ərzində inflyasiyanın hədəf olaraq 2%-ə çatacağını proqnozlaşdırıb. O, qlobal maliyyə bazarlarının və dünya iqtisadi aktivliyinin risk təşkil etdiyini vurğulayaraq, ehtiyatlı davranacaqlarını bir daha xatırladıb. Qlobal iqtisadi arıtmın gözləniləndən yavaş olması uçot dərəcəsini artırılmamasının əsas səbəblərindən biridir. ABŞ əmək bazarının tam yaxşılaşması üçün hələ bir qədər müşahidə aparılmalıdır. FES bundan sonra da qərarlarını iqtisadi göstəricilərə əsaslanaraq verəcək. Uçot dərəcəsinin artım sayının azaldılması kreditləşmənin sərtləşdirilməsi nəzərə alınaraq verilib.

Agentliyin analitik qrupu hesab edir ki, FES-in qərarı və açıqlamaları qlobal iqtisadi vəziyyətin sabit inkişafı və ABŞ iqtisadiyyatından gələn məlumatların müsbət olması halında aprel ayında uçot dərəcəsinin artırılması ilə nəticələnə bilər.

Aprelin 26-27-də keçiriləcək növbəti iclasa qədər qlobal maliyyə bazarlarının bir qədər müsbət inkişafı proqnozlaşdırılır. Bu tarixə qədər fond birjalarının 5%-ə yaxın artması, neft qiymətlərinin 50 dollar/barelə qədər yüksəlməsi, qızılın 1 150 dollar/unsiyaya qədər ucuzlaşması ehtimal edilir. Digər bir variantda isə FES-in uçot dərəcəsini iyunun 14-15-də keçiriləcək iclasda artırılması ehtimal edilir. Hər iki halda bu tarixlərə qədər qlobal maliyyə bazarlarının kəskin neqativ dəyişiklik göstərməyəcəyi ehtimal olunur.

“Məhz yay aylarında yenidən qlobal maliyyə bazarlarının azalmaya keçəcəyi, qızılın bahalaşacağı gözlənilir. Bu proses oktyabr-noyabr aylarına qədər davam edəcək. Lakin ilin sonuna doğru maliyyə bazarlarının sabitləşməsi proqnozlaşdırılır”, – deyə analitiklər qeyd ediblər.

Report

Son xəbərlər
Digər xəbərlər