ABŞ güclü iqtisadi göstəricilər sayəsində tənəzzülün qarşısını ala bilər.
Bunu ABŞ mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel bildirib.
“Mən ABŞ-ın hazırda tənəzzülə uğradığını düşünmürəm. Səbəb iqtisadiyyatın yaxşı vəziyyətdə olan sahələrinin çox olmasıdır. Və təbii ki, xüsusilə də əmək bazarını qeyd edərdim. <.. .> İqtisadiyyatın bu cür göstəricilərlə tənəzzülə uğraması da məntiqsizdir”, – C.Pauel bildirib.