Fevral ayı üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycan xam neftinin Ceyhan limanından ixrac həcmi 14,72 milyon barel müəyyən edilib.
“Reuters” agentliyinin məlumatına görə, yanvar ayında bu göstərici 17,27 milyon barel təşkil edir və bu da fevral üçün proqnozlaşdırılan göstəricidən 5,6 faiz çoxdur.
2006-cı ilin iyun ayında istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ötən il dekabrın 12-dək 500 milyon ton neft nəql edilib.