6 C
Baku
Sunday, December 15, 2024

Fevralda daşınmaz əmlakın icbari sığortası üzrə 14 minə yaxın müqavilə bağlanıb

Banker.az ISB-a istinadən xəbər verir ki, fevral ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 14,218 mindən çox sığorta müqaviləsi bağlanmışdır.

2015-ci ilin fevral ayında ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13,448, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 712, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 58 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 3,807,506 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 49,200 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11,002 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 57% artım, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 5,8 dəfə artım müşahidə edilmişdir.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 76,03%-i yaşayış evləri və mənzillər, 0,42%-i inzibati binalar, 23,55%-i digər daşınmaz əmlakla bağlı olmuşdur. İcbari qaydada sığortalanmış daşınmaz əmlakların şəhər və rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

^4B2779A806ED836F9BDE48B0C3BD8877E035A614E393E9A457^pimgpsh_fullsize_distr

Son xəbərlər
Digər xəbərlər