6 C
Baku
Sunday, December 15, 2024

Fevralın 24-dən sonra Xerson vilayətində doğulan uşaqlar Rusiya vətəndaşlığını alacaqlar

Fevralın 24-dən sonra Xerson vilayətində doğulan bütün uşaqlar avtomatik olaraq Rusiya vətəndaşlığını alacaqlar, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Fevralın 24-dən sonra Xerson vilayətində doğulan uşaqlar avtomatik olaraq Rusiya vətəndaşlığını alacaqlar”, – deyə regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov söyləyib.

Xatırladaq ki, mayın 25-də Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb, ona əsasən Ukraynanın Zaporojye və Xerson vilayətinin sakinləri üçün Rusiya vətəndaşlığının alınması proseduru sadələşdiriləcək.

Son xəbərlər
Digər xəbərlər