6 C
Baku
Saturday, December 14, 2024

Fevralın sonundan 60 mindən çox rusiyalı Gürcüstanda bank hesabı açıb

“2022-ci ilin fevral ayının sonundan avqustun 31-dək 60 mindən çox Rusiya vətəndaşı Gürcüstanın kommersiya banklarında hesab açıb”.

Bu barədə Gürcüstanın İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) saytında məlumat verilib.

Qeyd olunub ki, yayın sonuna qədər rusların Gürcüstandakı hesablarında ümumilikdə 1.88 milyard lari (670 milyon ABŞ dollarından çox) olub. Ukraynada münaqişə başlayana qədər bu məbləğ 1.2 milyard lari az idi. Beləliklə, payızın əvvəlinə investisiyaların artımı 170% təşkil edib.

Eyni zamanda, ruslar Gürcüstan banklarında ABŞ valyutasında pul saxlamağa üstünlük verirlər. Açıq depozitlərin ümumi sayının 72%-ni dollar hesablarının payı təşkil edib. Müqayisə üçün, rubl hesablarına yalnız 0.06% gedir. Vəsaitlərin böyük hissəsi tələb olunan depozitlərdə (53%), 26%-i müddətli depozitlərdə, 21%-i cari hesablarda saxlanılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər