3 C
Baku
Thursday, February 27, 2025

Fevralın valyuta hərraclarındakı həcm son 15 ayın minimumuna düşüb

İlkin təqdim edilmiş rəqəmlərə əsasən, Azərbaycan banklarına 2025-ci ilin fevralında 365.1 milyon ABŞ dolları həcmində valyuta satılıb və bu da son 15 ayın minimumudur. Sonuncu dəfə 2023-cü ilin noyabrında bu həddən aşağı olmuşdu.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hərracda valyuta satan əsas tərəf Dövlət Neft Fondudur. ARDNF adətən bu rəqəmləri növbəti ayın ilk həftəsində mətbuata açıqlayır.

AMB-nin təqdim etdiyi rəqəmlərlə müqayisə etdikdə, yanvarla müqayisədə fevralda hərraclarda həcm 133.7 milyon dollar və ya 27 faiz zəif olub.

Bununla da, yanvar və fevral aylarında ümumilikdə 863.9 dollar valyuta satılıb.

3487543534

Son xəbərlər
Digər xəbərlər