-1 C
Baku
Saturday, December 14, 2024

FHN “Azərikimya”ya məxsus zavodda nöqsanlar aşkarladı (Video, Foto)

Agentliyin müfəttişləri tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında yerləşən “Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb.

Banker.az bu barədə FHN-ə istinadən xəbər verir.

Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb.

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Azərikimya” İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən İB-nin rəhbərliyinə izah olunub.

Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.

03d0930 1

03d0930 2

03d0930 3

03d0930 4

03d0930 5

03d0930 6

03d0930 7

03d0930 8

03d0930 9

03d0930 10

03d0930 11

03d0930 12

Son xəbərlər
Digər xəbərlər