FIFA 2020-ci ildə futbol agentlərinə ödənilən məbləği açıqlayıb.
Bu məbləğ 496,2 milyon ABŞ dolları təşkil edib.
Vəsaitin 95,4 faizi Avropa klublarının payına düşüb. Bu göstəriciyə görə İngiltərə klubları 110 milyon ABŞ dolları ilə liderdir. İtaliya klubları 87,9 milyon ABŞ dolları ilə ikinci, Portuqaliya təmsilçiləri isə 69,2 milyon ABŞ dolları ilə üçüncüdür.
2020-ci ildə 16 400-dən çox beynəlxalq transfer gerçəkləşib. Bunlardan 3346-da ən azı bir vasitəçi iştirak edib.