Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd 5 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
60 yaşlı futbol funksioneri vəzifəsindən sui-istifadə etdiyinə və vəsait mənimsədiyinə görə bu cəzaya məruz qalıb. Həmçinin o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.