2 C
Baku
Saturday, December 14, 2024

FİFA Rusiyaya ödənişləri dayandırıb

FİFA DÇ-2018 üçün Rusiyaya ödənişləri dayandırıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının inkişaf üzrə direktoru Maksim Mitrofanov açıqlayıb.

O bildirib ki, 70 milyon dolların ödənilməsi dayanıb: “Biz FİFA-dan 100 milyon dollar almalıyıq. Ümumi vəsaitin 30 faizi ödənilib. FİFA-nın mövqeyi ödənişlərin dayandırılmasından ibarətdir. Amma ödənilşlər ləğv edilməyib”.

Qeyd edək ki, Fransanın çempion olduğu DÇ-2018 Rusiyanın 11 şəhərində keçirilib.

Son xəbərlər
Digər xəbərlər