İŞÇININ VƏZIFƏSI:
İdarəetmə sahəsində
- Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi
 - Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
 - Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
 - Filial portfelinin və müştəri bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
 - Xətalı məsələlərin idarə olunmasında cavabdehlilik
 - Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
 - Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
 - Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
 - Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini əla və effektiv iş səviyyəsinə can atmasına həvəsləndirmək və ruhlandırmaq
 - Filialın ümumi işi üçün məsuliyyətlilik
 - Filial ştatına işə götürmə və İşçilərin İllik qiymətləndirmə prosesində iştirak
 - Tabeçiliyində olan işçilərdən müvafiq hesabatların tələb edilməsi
 - Rəhbərlik etdiyi filialların vəziyyətinin təhlil edilməsi, hesabat hazırlanması, təkliflərlə çıxış
 - Yaxşı müştəri xidməti göstərilməsinə həvəsləndirmə üçün bütün işçilər arasında şəxsən nümunə olmaq
 - Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
 
- Filialın nəzdində açılan yeni nümayəndəliklərin inzibati işlərinin təşkilində Regional Menecerə yaxından kömək edilməsi
 
Maliyyə sahəsində
- Filialın effektiv büdcəsini işləmək və planlaşdırmaq
 
- VF AzərKreditin məqsədinin qoyulmasında və maliyyə hədəflərində lehinə fəal iştirak etmək
 
- Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək
 - Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını yoxlamaq və təsdiqləmək
 - Filialın nəzdində olan nümayəndəliklərin məlumatlarının təsdiqində iştirak etmək
 
Nəzarət sahəsində
- Kredit komitələrinin təşkili, sədrlik və nəzarəti
 - Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
 - Müştərinin məlumat cədvəlinə və davamlı kreditlər üçün monitorinq səfərlərinə nəzarət və planlaşdırmaq
 - Girov əməliyyatlarının yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
 
- Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
 - Filialın tabeçiliyində olan bütün nümayəndəliklərin işinə nəzarət etmək
 
Digər
- Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
 - Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasında lehinə fəal iştirak etmək
 
- Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək
 - Ehtiyac olduqda nümayəndəlikləri monitorinq etmək
- Tələb olunanda rəsmi proseslərdə iştirak etmək
 - Bütün rəftar və hərəkətlərdə nümunəvi iş etikasını, müşahidə olunan dürüstlüyü, şəffaflığı və məxfiliyi saxlamaq
 - VF AzərKredit mühitində bütün işçi heyəti ilə, müştəri və digər şəxslərlə müsbət münasibətlər saxlamaq
 - Təşkilatın Strateji Planına uyğun məqsədlərin əldə olunmasına nail olmaq
 
 
TƏLƏBLƏR:
- İqtisadi və ya idarəetmə sahəsində təhsil
 - Müvafiq biznes, idarəetmə, iqtisadiyyat sahəsində azı 3 il təcrübə
 - Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər
 - Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
 - Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
 - İngilis dilindən müəyyən səviyyəyə malik olmaq
 - Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
 - Sürücülük bacarığı
 
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 10 oktyabr 2014-cü il tarixinədək aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Sumqayıt ofisindən əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt Filialına Menecer). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Faks: +99412 597 30 39








