Filippin hökuməti koronavirus və ştammlarının yayılmasının qarşısını almaq məqsədilə əcnəbilərin və ölkənin bəzi vətəndaşlarının ölkə ərazisinə girişini bir ay müddətinə dayandırıb.
TASS xəbər verir ki, bu barədə “Sinhua” agentliyi Filippinin COVID-19 ilə mübarizə üzrə işçi qrupuna istinadən məlumat yayıb.
Qadağa martın 20-dən aprelin 19-dək qüvvədə olacaq. O, xarici ölkələrin rəsmi nümayəndələrinə, ölkədə akkreditə olunmuş xarici diplomatlara və xaricdə işləyən və qayıtmaq istəyən Filippin vətəndaşlarına şamil edilməyəcək. Göstərilən müddət ərzində ölkəyə gündəlik 1,5 mindən çox əcnəbi daxil ola bilməz.
Qeyd edək ki, martın 13-də Filippin hökuməti respublikada koronavirusun yeni variantının aşkar olunduğunu təsdiqləyib. Müəyyən edilmiş ştamma P.3 adı verilib, ümumilikdə 98 belə hal müəyyən edilib. Bundan əlavə, Səhiyyə Nazirliyi Braziliyadan qayıdan filippinlidə ölkədə ilk dəfə Braziliya variantının (P.1) tapıldığını təsdiqləyib.