7 C
Baku
Thursday, December 12, 2024

“Financial Times”: Müharibə başlayandan İsrailə vençur investisiyalar 3 dəfə azalıb

Radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumundan və Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İsrail startaplarına vençur kapitalı investisiyaları əhəmiyyətli dərəcədə azalıb.

“Financial Times” (FT) “IVC” tədqiqat şirkətinin məlumatlarına istinadən yazır ki, oktyabrda yerli texnologiya şirkətlərinə sərmayə qoyuluşu 325 milyon dollar təşkil edib. Müqayisə üçün: sentyabrda ümumi məbləği 1 milyard dollar olan 232 əqd olub, beləliklə, vençur investisiyalarının ümumi həcmi 3 dəfədən çox azalıb.

İsrailin yüksək texnologiyalarına vençur investisiyaların azaldığı dövrlər əvvəl də olub. Məsələn, pandemiya zamanı artdıqdan sonra makroiqtisadi qeyri-sabitlik və artan faiz dərəcələri fonunda investisiyalar azalıb. Ancaq müharibə başlayandan sonra tənəzzül daha kəskin olub.

Son xəbərlər
Digər xəbərlər