“Financial Times”: Venesuelanın $4 milyardlıq qızılı Nyu-Yorka daşına bilər

Venesuela hökuməti və müxalifəti ölkənin təxminən 4 milyard dollar dəyərində qızıl ehtiyatının Londondan Nyu-Yorka köçürülməsi ilə bağlı razılaşmaya yaxındır.

Banker.az xəbər verir ki, bu barədə “Financial Times” məsələdən məlumatlı mənbələrə istinadən yazır.

Qəzet bildirir ki, hazırda İngiltərə Bankında saxlanılan Venesuela Mərkəzi Bankına məxsus qızılın Nyu-York Federal Ehtiyat Bankına köçürülməsi müzakirə olunur.

Plan reallaşarsa, Delcy Rodríguez-in rəhbərlik etdiyi müvəqqəti hökumət qızıl üzərində hüquqi nəzarət əldə edə bilər. Bununla belə, razılaşmanın şərtlərinə əsasən, hökumətin külçələri birbaşa satmasına icazə verilməməsi nəzərdə tutulur. Qızılın əvəzində kredit cəlb edilməsi və vəsaitin ölkənin iqtisadi bərpasının maliyyələşdirilməsinə yönəldilməsi variantı müzakirə edilir.

Tərəflər həmçinin qızıl ehtiyatının istifadəsinə nəzarət mexanizmləri və məhdudiyyətlərin tətbiqi üzərində işləyirlər. Məqsəd aktivlərin istifadəsində hökumət və müxalifət arasında razılaşdırılmış nəzarət mexanizminin yaradılmasıdır.

Venesuelanın İngiltərə Bankında saxlanılan qızılı uzun müddətdir hüquqi mübahisənin predmetidir. Mübahisə 2019-cu ildən, bir sıra Qərb ölkələrinin müxalifət lideri Juan Guaidó-nu Venesuelanın legitim rəhbəri kimi tanımasından sonra kəskinləşmişdi və məsələ Böyük Britaniya məhkəmələrinə qədər gedib çıxmışdı.

“Reuters” FT-nin məlumatını ayrıca yayıb, lakin xəbəri müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər