-1 C
Baku
Sunday, December 15, 2024

Finans Lizinq-in istiqrazları bazara buraxılacaq

03 iyun 2015-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Finans Lizinq” ASC -nin qiymətli kağızları BFB-də standard bazar seqmentində listinqə daxil edilmişdir.

4 iyun tarixində şirkətin hər birinin nominal dəyəri 500 manat olan 600 ədəd və hər birinin nominal dəyəri 500 dollar olan 600 ədəd istiqrazları ticarətə buraxılacaq.

Finans Lizinq manatla yanaşı dollarla da faizli təminatsız sənədsiz adlı istiqraz buraxıb.

Emissiyanın həcmi manatla 300 000 manat, dollar ilə 300 000 dollardır. İstiqrazların tədavül müddəti 1080 gün, istiqraz üzrə faiz dərəcəsi 14% müəyyən olunub.

Yerləşdirmənin anderrayteri “Texnika Kapital Menecment” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər