FİNCA BOKT 2016-cı ilin birinci yarım illiyinə dair maliyyə nəticələrini açıqlamışdır.
Təşkilatın açıqladığı göstəricilərə görə 23 mln. manat zərər etmişdir. BOKT il ərzində həm əməliyyat gəliri üzrə zərər (-11 mln. manat) , həmdə ehtiyat ayırmalarına görə zərər etmişdir.
Məlumat üçün bildirək ki, FİNCA Azərbaycanın ən böyük BOKT-dur. Banker.azın verdiyi məlumata əsasən, təşkilatın aktivlərinin həcmi 205 mln. manata bərabərdir ki, bu rəqəm bəzi bankların aktivlərinə yaxındır.
FİNCA-nın düşdüyü çətin vəziyyət, öhdəliklərinin çoxunun xarici valyuta olması, kreditləşməni isə manatla aparmasından səviyyələnir. Bankın hazırda 202 mln. manat öhdəlikləri mövcuddurki (aktivlərin 98% ) , bu rəqəm bu sektor üçün həddən artıq riskli göstəricilidir.