15 C
Baku
Friday, April 26, 2024

Finca Azərbaycan bəzi filiallarını bağlayacaq

Məlum devalvasiyanın təsirindən sonra  hazırki iqtisadi vəziyyət və  kredit məhsullarına  müştəri tələbatının zəifləməsi şəraitində “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı dayanıqlı inkişafını təmin edəcək daha çevik qərarlar qəbul etməyi planlaşdırır. FINCA son dəyişikliklər fonunda ölkə ərazisində yerləşən filiallarının yenidən qiymətləndirməsini aparır. Təşkilat mövcud filialları vasitəsi ilə müştərilərə daha yaxşı xidmət göstərilməsi mümkün olan ərazilərdə bir-birinə yaxın və həcmcə kiçik olan ofislərdən bir neçəsini bağlaya və gələcəkdə bu gün xidmət  göstərmədiyi digər rayonlarda yeni ofislər aça bilər.

“Bizim hazırki iqtisadi çətinliklər dövründən daha fokuslu, daha rəqabətli şirkət kimi çıxa biləcəyimizə və Azərbaycan ərazisində hədəf müştəri seqmentinə xidmət göstərən dayanıqlı şirkət olacağımıza əminəm. Ən vacibi isə biz müştərilərə mükəmməl təcrübə yaşatmaq üçün daha güclü mövqedə olacayıq ki, bu da bizim bu gün və gələcək üçün məqsədimizdir”,- deyə Qeyri-Bank Kredit Təşkilatının ölkə üzrə direktoru Timoti Tarrant bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər