1 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Finca Azərbaycan” QBKT MMC -nin ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
15 mart 2022-ci il tarixində “FİNCA AZƏRBAYCAN” QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Ticarətə buraxılma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2003019208 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
3,000 (ədəd) |
1,000 AZN |
15.03.2022 | 12.5 % |
2 il |
Hər 3 aydan bir |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.