10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların hərracı yekunlaşmışıb.
Banker.az xəbər verir ki, hərracda ümumi həcmi 4 mln. manat olan istiqrazlara 50 investor sifariş verib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2011019208 |
| İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
| İstiqrazların sayı | 40,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 4,000,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 24 ay |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 4,000,000 manat |
| Reallaşdırılmış həcm | 4,000,000 manat |
| Minimal qiymət | 100 (15.0000%) manat |
| Maksimal qiymət | 100 (15.0000%) manat |
| Kəsmə qiyməti | 100 (15.0000%) manat |
| Ortaçəkili qiyməti | 100 (15.0000%) manat |
| İnvestor sayı | 50 |
| Sifariş sayı | 50 |
| Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |







