BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin (FinDev) 2024-cü il üzrə maliyyə hesabatına əsasən, cəmiyyət ili 685 min manat xalis mənfəətlə başa vurub. Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü illə müqayisədə 127 min manat və ya 15.6% azdır. Belə ki, 2023-cü ildə xalis mənfəət 813 min manat idi.
Bununla da böldürülməmiş mənfəət 1.69 milyon manat və ya 25.8% artaraq 7 milyon 304 min manata yüksəlib.
“FinDev”in faiz gəlirləri 2024-cü ildə 3 milyon 280 min manat təşkil edib ki, bu da əvvəlki ilin 2 milyon 998 min manatı ilə müqayisədə 282 min manat və ya 9.4% artım deməkdir. Eyni zamanda, faiz xərcləri də artaraq 432 min manata yüksəlib. Bu da faiz xərclərində 73 min manat və ya 20.3% artım deməkdir.
İnzibati və əməliyyat xərcləri 2024-cü ildə 2 milyon 207 min manat təşkil edib. Bu göstərici öncəki illə müqayisədə cəmi 167 min manat və ya 8.2% artıb. Haqq və komissiya xərcləri isə 11 min manat və ya 7.7% azalaraq 135 min manata düşüb.
Kredit və avanslar üzrə aktivlər 2024-cü ildə 10 milyon 248 min manat olub. Bu, 2023-cü ildəki 10 milyon 93 min manatla müqayisədə 155 min manat və ya 1.5% artım deməkdir.
2024-cü ilin sonuna “FinDev”in cəmi öhdəlikləri 3 milyon 255 min manat təşkil edib ki, əvvəlki ilin 3 milyon 944 min manatı ilə müqayisədə 689 min manat və ya 17.5% azalma deməkdir. Cəmi kapital 8 milyon 55 min manata çatıb.