Fındıq satışı azaldı, gəliri kəskin artdı

2026-cı ilin ilk 5 ayında Azərbaycandan 7 757 ton fındıq ixrac edilib. 2025-ci ilin eyni dövründə fındıq ixracı 9 424 ton idi. Bu, ixrac həcminin 18% azalması deməkdir.

Banker.az bu barədə Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.

2026-cı ilin yanvar-may aylarında fındıq ixracının statistik dəyəri 90 milyon 182 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 65 milyon 217 min dollar olmuşdu. Beləliklə, fındıq ixracından gəlir 38.3% artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər