10 C
Baku
Thursday, December 12, 2024

“Finex Kredit BOKT”un səhimdarlarının toplaşma səbəbləri açıqlandı

9 yanvar 2019-cu il saat 11.00-da “Finex Kredit BOKT” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az bu barədə Cəmiyyətin ictimaiyyətə açıqladığı məlumata istinad edir.

Belə ki, Səhmdarları “Finex Kredit BOKT” ASC-nin 2018-ci ilin maliyyə nəticələrinin müzakirəsi, Beynəlxalq audit rəyinin təsdiqlənməsi, yeni istiqraz emissiyalarının buraxılması məsələsinin müzakirəsi, 2019 –cu ilin büdcəsi , proqnoz göstəricilərinin müzakirəsi və təsdiqi, Nizamnamə kapitalının strukturu barədə, cəmiyyətin fəaliyyəti ilə bağlı digər kimi məsələlər daxil edib.

Toplantı Bakı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11. Ünvanında keçiriləcək.

Xatırladaq ki, BOKT 2013-cü ildə yaradılıb və hazırda 600 min manat nizamnamə kapitalına malikdir. BOKT-un səhmdarları bir hüquqi şəxs olmaqla – Finans Lizinq ASC və Şərifov Mobil Famil oğlu və İbrahimova Sevda Kamil qızı adlı  iki fiziki şəxsdən ibarətdir.

İlin 1-ci yarısındakı göstəricilərə görə, 17 nəfər işçiyə sahib olmaqla 3,58 mln. manatlıq cəmi aktivə malikdir.

Son xəbərlər
Digər xəbərlər