12 C
Baku
Wednesday, December 11, 2024

“FinKapital” BOKT mənfəət açıqladı

“FinKapital Bank Olmayan Kredit Təşkilatı” MMC ilk ilini 142 min 861 manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2022-ci il tarixinə “FinKapital” BOKT-un faiz gəlirləri 277 min manat, faiz xərcləri 111 min manat, haqq və komissiya gəlirləri 138 min manat, inzibati və digər xərclər 126 min manat, mənfəət vergisi xərci 36 min manat təşkil edib.

Bu ilin yanvarın 1-nə “FinKapital” BOKT-un cəmi aktivləri 2 milyon 127 min manat olub ki, bunun 2 milyon 105 min manatı müştərilərə verilmiş kreditlərdir. Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 1 milyon 684 min manat, cəmi kapitalı isə 443 min manat təşkil edib.

Qeyd edək ki, “FinKapital” BOKT 2021-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Tural Şamil oğlu Bağırovdur. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73, mənzil 17

 

Son xəbərlər
Digər xəbərlər