2 C
Baku
Sunday, December 15, 2024

Finlandiya Baydenlə Putinin görüşünə ev sahibliyi etmək istəyir

Finlandiya ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin zirvə toplantısını qəbul etməyə hazırdır.

TASS xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistyonun administrasiyasından bildiriblər.

“Finlandiya həmişə özünün xoşməramlı diplomatik xidmətini təklif edib. Potensial görüşə gəldikdə isə bunu təşkil etməyə hazır olduğumuz hər iki tərəfə bildirmişik”, – o deyib.

Məlumata görə, Finlandiya bu təklifi Vladimir Putinlə Sauli Niinistyo arasındakı telefon danışığınadək edib.

Bir müddət əvvəl Avstriyanın Xarici İşlər Nazirliyi Putinlə Baydenin görüşünə ev sahibliyi etmək istədiyini bildirmişdi.

Qeyd edək ki, aprelin 13-də ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub. Cozef Bayden Vladimir Putinə üçüncü ölkə ərazisində görüşməyi təklif etmişdi

MənbəReport
Son xəbərlər
Digər xəbərlər