13 C
Baku
Tuesday, May 21, 2024

Finlandiya Rusiyadan gələn elektrik enerjisini müvəqqəti dayandırıb

Finlandiya “Olkiluoto-3” Atom Elektrik Stansiyasının (AES) işə salınması sınaqları zamanı Rusiyadan elektrik enerjisinin tədarükünü müvəqqəti olaraq tamamilə dayandırıb.

Bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən “Fingrid” şirkəti bildirib.

“Olkiluoto-3 AES”-i aprelin 24-də saat 10:30-da sınaqdan keçirib, şəbəkədə hər şey plana uyğun işləyirdi”, – Finqrid açıqlamasında bildirib.

Həmçinin daimi əsasda Finlandiya şirkəti bazar günündən etibarən Rusiyadan elektrik enerjisi idxalını 1300 MVt-dan 900 MVt-a qədər məhdudlaşdırıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər