21 C
Baku
Monday, April 29, 2024

Finlandiya Ukrayna üçün növbəti hərbi yardım paketini elan edib

Finlandiya Ukrayna üçün növbəti hərbi yardım paketini elan edib.

Bu barədə Finlandiya hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Finlandiya Prezidenti Sauli Niinisto hökumətin təklifi əsasında Ukraynaya 95 milyon avro məbləğində 19-cu hərbi yardım paketinin verilməsi qərarını təsdiqləyib.

“Ukraynadakı müharibənin nəticəsi Avropa və Finlandiyanın təhlükəsizlik nizamına uzaq gələcəkdə müəyyən edəcək. Ona görə də müttəfiqlərimizlə birlikdə Ukraynaya güclü dəstəyimizi davam etdirəcəyik”, – Finlandiyanın müdafiə naziri bildirib.

Onun sözlərinə görə, Finlandiyanın Ukraynaya hərbi yardımının ümumi dəyəri 1,4 milyard avro təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər