25 C
Baku
Saturday, July 27, 2024

Finlandiyada 8 milyon avroya ada satılır

İsmo Ratyu adlı finlandiyalı sahibkar Rusiya sərhədi yaxınlığında yerləşən Rankki adasını artıq istismar olunmayan hərbi qurğuları və istehkamları ilə birlikdə satışa çıxarıb.

Məlumata görə, sahibkar əvvəllər qarnizonların yerləşdiyi adanı 7.9 milyon avroya satmağı planlaşdırır.

Bildirilir ki, adadakı bütün binalar hazırda qızdırılır. Belə ki, bütün binalarda geotermal istilik sistemi var.

Qeyd edək ki, Rankki 1916-cı ildən etibarən kənar şəxslər üçün qapalı bir ada olub. 2015-ci ildə iş adamı onu 700 min avroya aldıqdan sonra ərazi turistlər üçün açılıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər