2 C
Baku
Saturday, December 14, 2024

Finlandiyada iqtisadiyyatın inkişafının yavaşıması proqnozlaşdırılır

Finlandiyanın iqtisadi artımı Avropa İttifaqı ölkələri və bütövlükdə dünya üçün kədərli iqtisadi perspektivlər səbəbindən bu il və sonrakı illərdə nəzərəçarpacaq dərəcədə yavaşıyacaq.

Finlandiya KİV-ləri xəbər verir ki, Finlandiya İqtisadiyyatı Tədqiqat İnstitutunun açıqladığı proqnoza görə, ölkənin ümumi daxili məhsulu bu il yalnız 1,1 faiz, gələn il 0,9 faiz artacaq.

Jurnalistlər qeyd edirlər ki, institutun yeni proqnozları mart ayının proqnozlarından aşağıdır. Mart ayında həmin göstərici 2019-cu il üçün 1,4 faiz, 2020-ci il üçün 1,2 faiz təşkil etmişdi.

Finlandiya İqtisadiyyatı Tədqiqat İnstitutu dünya iqtisadiyyatına dair proqnozla da çıxış edib. Həmin proqnoza görə, dünya iqtisadiyyatını durğunluq gözləyir. İnstitutun ekspertləri bildirirlər ki, bu il dünyanın ümumi daxili məhsulunun artımı gözlənildiyi kimi, 3,0 faiz təşkil edəcək ki, bu da ötən ilin göstəricisindən 0,6 faiz bəndi aşağıdır. Öz növbəsində avrozonada iqtisadi artım 2019-cu ildə 1,0 faiz, 2020-ci ildə 0,9 faiz təşkil edəcək.

İnstitutun ekspertləri bildirirlər ki, dünyada iqtisadi risklərin ən çoxu ticarət münaqişələri, habelə Birləşmiş Ştatlarda və Böyük Britaniyada siyasi qeyri-müəyyənliklə bağlıdır. Proqnoza görə, ABŞ və Çin arasında ticarət münaqişəsi daha da kəskinləşəcək, ABŞ və Avropa İttifaqı arasında ticarət münaqişəsi yenidən güclənəcək və bu da dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.

AzerTag

Son xəbərlər
Digər xəbərlər