8 C
Baku
Friday, December 13, 2024

“Finoko” BOKT 2 il bundan əvvəl aldığı rəqibini satıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ilin sonlarına yaxın aldığı BOKT-u – “Union Kredit” MMC-ni satıb.

Banker.az bildirir ki, bu barədə Report agentliyinə “Finoko” BOKT-dan bildirilib.

Məlumata görə, alqı-satqı 2018-ci ilin noyabr ayında baş tutub. Belə ki, “Finoko” 1 il ərzində “Union Kredit”in Tovuz rayonundakı işçi və müştəri bazasında yerli filialını yaradıb, bundan sonra isə kredit təşkilatı başqa bir hüquqi şəxsə satılıb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. BOKT-un səhmdarları Elmin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Son xəbərlər
Digər xəbərlər