17 C
Baku
Thursday, May 2, 2024

“Finoko”nun öhdəlikləri və faiz xərcləri artır

“Finoko” BOKT ASC ötən il ərzində cəmi aktivlərini 26%-ə qədər artırmaqla 13,85 mln. manata, öhdəlikləri isə 30% artmaqla 12,38 mln. manata çatıb.

Banker.az bu barədə ASC-nin 2017-ci il üçün tərtib edilən audit hesabatına istinadla xəbər verir.

Aktivlərdəki artımın əsas səbəbkarı kimi kredit portfelinin 11,32 mln. manata kimi artımını göstərmək olar.

Ümumiyyətlə, BOKT buraxdığı qiymətli kağızlardan (veksel) gələn gəlirləri uğurla kredit məhsullarının satışına yönəltməkdədir. Belə ki, “Finoko” ötən ilin 12 ayı ərzində 2,34 mln. ümümi dəyəri olan, 14-15% illik ödənişi olan 5 ədəd veksel buraxıb.

Lakin, bu faktıda qeyd etməliyik ki, BOKT-un cəmi faizlərindəki illik artım tempi, faiz xərclərindəki artımdan daha azdır. Ötən ilin 4 rübü ərzində təşkilatın faiz gəlirləri 2,59 mln. manat təşkil edib ki, bu da öncəki illə müqayisədə 8% artım olub. Faiz xərclərində isə illik artım 48% təşkil etməklə 1,54 mln. manat olub. Bunun nəticəsi olaraq BOKT-un əməliyyat mənfəəti 22% azalmaqla 1,04 mln manat olub. Beləliklə, 2017-ci il ərzində cəmi 26 480 manat xalis mənfəət edib, bu da, öncəki illə müqayisədə təqribən 9 dəfə az olması deməkdir.

İşçi heyəti böyüyüb

“Finoko” işçi heyətini 44% artırmaqla ümumi sayı 46 nəfərə çatdırıb ki, bu da administrativ və işçilərin ümümi xərclərinin kəskin artmasına səbəb olub. Qurumun bu yöndə xərcləri 56% artmaqla 403 min manat təşkil edib.

Xatırladaq ki, “Finoko” BOKT ASC-nin nizamnamə kapitalı 1 mln. manat olmaqla səhmlərinə iki şəxs Elçin Əliyev və Elmar Əliyev tərəfindən 50-50-yə nəzarət edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər