23 C
Baku
Thursday, September 21, 2023

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Azərbaycanda fintex şirkətləri bankların həm rəqibi, həm də əməkdaşlıq etdiyi tərəfdir.

Bunu “Azərbaycan Banklar Assosiasiyası”(ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

T. Rüstəmov bu iki təşkilatın bir-birilə sıx bağlı olduğunu qeyd edib:

“Bank fintexə həmişə lazımdır ki, pul vəsaitlərinin təhlükəsizliyi təmin edilsin, ödəniş sistemlərinə çıxış olsun. Bank prizmasından baxdıqda daha dinamik və çevik olan fintex həmişə lazımlıdır ki, bankın xidmətləri daha geniş kütləyə daha tez və daha az məsrəflə təqdim edilsin. Çevik və dinamik olan fintex maliyyə inkluzivliyi baxımından müştərilərin ehtiyaclarını daha ideal qarşılayacaq xidmətlər təqdim etməlidir”.

O hesab edir ki, bu prizmadan yanaşılsa bank fintexlə əməkdaşlıq edib öz məhsul və xidmətlərini əlavə xərc çəkmədən onun üzərindən təqdim edə bilər.

“Bankları və mobil rabitə operatorunu rəqib olaraq müqayisə etsək, onu deyə bilərəm ki, bunlardan ikincisi geniş məlumat kütləsinə malikdir. Rəqəmsal transformasiya dövründə məlumat kimdədirsə, deməli üstünlük ondadır”, – T.Rüstəmov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X