2 C
Baku
Sunday, December 15, 2024

“FinTrend BOKT” QSC ötən ildə zərər edib

Azərbaycanda elektronika və məişət texnikanın ticarət şəbəkələrində, mebel mağazaları istehlakçılarının kreditləşməsində iştirak edən “FinTrend” BOKT QSC(A.Set Kredit) 2020-ci ildə 126 min manatlıq zərər edib.

Banker.az bu barədə BOKT-un audit hesabatına istinadən xəbər verir.

Hesabata görə, BOKT-un faiz gəlirlərinin həcmi 314 min manat, qeyri-faiz gəlirləri 154 min manat olduğu halda, cəmi xərclərinin həcmi 594 min manat olub.

“FinTrend” BOKT-un bu zərərindən sonra balansındakı bölüşdürülməmiş mənfəət 47 min manatlıq yığılmış zərərə çevrilib. Cəmi kapitalın həcmi 253 min manat olub.

1 yanvar 2021-ci il tarixinə “FinTrend” BOKT-un aktivlərinin həcmi 1 153 min manat (bunun 563 min manatı kredit portfeli olub), öhdəliklərinin həcmi 900 min manat olmuşdur.

2312

Son xəbərlər
Digər xəbərlər