12 C
Baku
Wednesday, December 11, 2024

Fishing nədir və ondan necə qorunmaq olar?

Fishing – internet dələduzluğu zamanı istifadəçilərdən aldadılaraq, məsələn, bank kartının məlumatları kimi, konfidensial məlumatlar alınır.


Fishing Ukraynada ödəniş vasitələri üçün ən tez-tez istifadə olunan dələduzluq növlərindən biridir. Onlayn ödəmələr və pul köçürmələri zamanı pullarınızın və məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün, fishing-in nə olduğunu bilmək və dələduzların tələsinə düşməyin qarşısını almaq lazımdır.

Bu dələduzluq növündə cinayətkarların tətbiq etdiyi sxem nəticəsində istifadəçi gizli məlumatlarını şəxsən özü açıqlayır. Bəhanə ilk baxışdan zərərsiz görünə bilər, məsələn, böyük endirimdə olan məhsulun alınması, bu və ya digər saytda avtorizasiyanın yoxlanması, yeni proqramın yüklənməsi və s. kimi təkliflər.

Seçilmiş sxemdən asılı olaraq, dələduzlar internet mağaza və ya onlayn bankçılıq səhifəsini təqlid edən sayt yaradır və yaxud sosial şəbəkə, bank, ödəniş xidməti və s. adından elektron məktub göndərir. Bundan sonra, o, sadəlövh və ya diqqətsiz istifadəçinin tələyə düşməyini və məlumatlarını daxil etməyini gözləyir.

Fishing-dən qorunmağın yolları:

  • Ödəniş kartlarının konfidensial məlumatlarını və hesablarınızın şifrələrini heç bir vəziyyətdə və heç kimə verməyin.
  • Yaxşı antivirus quraşdırın – adətən onlar casus və zərərli proqram, həmçinin şübhəli saytlardan qorunmanı təmin edir.
  • Heç vaxt şübhəli linklərə daxil olmayın.
  • Saytın dizaynına diqqət verin. Fishing saytları, bir qayda olaraq, tamamlanmamış görünür və tələsik şəkildə yaradılır.
  • Ünvan sətrində linkə fikir verin – sadəcə bir simvol saxta saytı həqiqidən fərqləndirmək imkanı verə bilər.
  • Ödəniş məlumatlarının daxil edilməsini tələb edən qanuni qaynaqlar https müdafiə bağlantısından istifadə etməlidirlər. Ünvan sətrində qıfıl şəklində xüsusi simvol əks olunmalıdır.
  • İlk növbədə, məsələn, “Hesabınız bloklanacaq!”, “Siz milyon qazandınız!” və s. kimi təcili cavab tələb edən məlumatlardan ehtiyat edin.
  • Guya müştərisi olduğunuz şirkətdən və ya istifadə etdiyiniz xidmətdən məktub aldıqda, ilk növbədə, onların rəsmi saytına daxil olun və bu haqda məlumat verin. Məktub həqiqidirsə, sizə nə etmək lazım olduğunu deyəcəklər.
Son xəbərlər
Digər xəbərlər