4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Fitch” əsas valyuta cütləri üzrə proqnozlara yenidən baxıb

“Fitch” beynəlxalq reytinq agentliyi əsas valyuta cütləri ilə bağlı gözləntilərinə yenidən baxıb.

“Fitch”in analitiklərinin fikrincə, bu ilin sonunda Yaponiya milli valyutasının məzənnəsi bir dollar üçün 114 yen civarında, gələn il 116 yen, 2023-cü ildə isə 110 yen (sentyabrda bu proqnozlar müvafiq olaraq 110 yen, 109 yen və 105 yen olub). 2020-ci ildə bir dollar 103,6 yenaya bərabər idi.

Çin valyutasının məzənnəsinin bu ilin sonunda bir dollar üçün 6,4 yuan, yaxın iki ildə isə 6,7 yuan olacağı gözlənilir. Ötən il bu göstərici 6,54 yuana bərabər idi.

Agentliyin analitikləri 2021-2023-cü illər üzrə funt sterlinq üçün təxminləri yenidən nəzərdən keçirərək əvvəllər nəzərdə tutulan 1,38 dollardan 1,35 dollara qədər korrektə ediblər. Ötən il Britaniya milli valyutası orta hesabla 1,34 dollar dəyərində idi.

“Fitch”in ekspertləri 2021-ci ildə vahid Avropa valyutasının bir dollar üçün 0,87 avroya, yaxın iki ildə isə 0,9 avroya başa gələcəyini gözləyirlər. Əvvəlki proqnoz nəzərdən keçirilən bütün dövr üçün bu göstərici 0,85 avroya bərabər idi. 2020-ci ildə orta məzənnə 0,81 avro təşkil edib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər