29 C
Baku
Thursday, July 25, 2024

“Fitch” ABŞ-ın uzunmüddətli defolt reytinqini “AAA” səviyyəsinə endirib

“Fitch” beynəlxalq reytinq agentliyi ABŞ-ın xarici valyutada uzunmüddətli emitent reytinqini “AAA” səviyyəsində endirib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Agentlik izah edib ki, reytinqin daha da aşağı salınma ehtimalı “dövlət borcunun limitinin artırılması və ya dayandırılması qərarına mane olan siyasi qərəzliyin artmasına” işarə edir, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Fitch” ümid edir ki, milli borc limitinin artırılması barədə qərar ABŞ-ın borc öhdəliklərinə xidmət qabiliyyətini itirməmişdən əvvəl veriləcək.

ABŞ Maliyyə Nazirliyi bir neçə dəfə xəbərdarlıq etmişdi ki, dövlət borcu yuxarı həddə çatdığı üçün iyun ayına qədər pul tükənə bilər. Ağ Ev və Konqres limitin artırılmasını müzakirə edirlər, respublikaçılar isə borc limitinin artırılmasının əleyhinədirlər.

Son xəbərlər
Digər xəbərlər