Fitch Ratings AccessBank-ın uzunmüddətli Emitent Defoltu Reytinqini ‘BBВ-’ səviyyəsində təsdiqləyib.
Fitch Ratings agentliyi AccessBank-ın Uzunmüddətli Emitent Defoltu Reytinqini (EDR) “Sabit” proqnozla ‘BBВ-’ dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib. Fitch Bankın beynəlxalq kredit reytinqini 2014-cü ilin dekabr ayında ‘BB+’ səviyyəsindən ‘BBВ-’ – səviyyəsinə yüksəldib. Hazırda AccessBank yerli banklar arasında ən yüksək kredit reytinqinə malikdir və Azərbaycanda “Investment Grade” səviyyəsinə yüksələn yeganə bank olaraq qalır.
“AccessBank-ın investisiya səviyyəsinin ‘BBВ-’ reytinqi üzrə təsdiqlənməsi Bankın yüksək sabitliyə və dayanıqlı biznes modelinə malik olduğunu təsdiq edir. Əksər MDB ölkələrinin iqtisadiyyatının mürəkkəb şəraitdə mövcud olduğu bir zamanda, bu reytinqin əldə olunması mühüm əhəmiyyət kəsb edir,” – AccessBank-ın Baş Meneceri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib.
Reytinqin tam siyahısı aşağıda göstərilir:
Uzunmüddətli EDR: “Sabit” proqnozla ‘BBB-’ səviyyəsində təsdiqlənib
Qısa müddətli EDR: ‘F3’səviyyəsində təsdiqlənib
Dayanıqlılıq reytinqi: ‘bb-’ səviyyəsində təsdiqlənib
Dəstək Reytinqi: ‘2’ səviyyəsində təsdiqlənib