9 C
Baku
Thursday, December 12, 2024

“Fitch” “AGBank”ın reytinqini geri çağırdı

“Fitch” beynəlxalq reytinq agentliyi “AGBank” ASC-nin reytinqinin geri çağırıb. Bu barədə reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, reytinqin geri çağırılmasına səbəb bankın reytinq proseslərində iştirakını dayandırmasıdır. Buna görə də “Fitch” bundan sonra adıçəkilən bankla bağlı hər hansı reytinq hazırlamayacaq.

Hesabatda o da qeyd olunur ki, agentlik “AGBank”ın uzunmüddətli emitent reytinqini “CCC” səviyyədində təsdiq edib. Səbəb isə sonuncu reytinq qiymətləndirilməsindən sonra bankın kredit portfelindəki cüzi dəyişiklik olub.

-APA

Son xəbərlər
Digər xəbərlər