9 C
Baku
Tuesday, April 29, 2025

“Fitch” Avropada təbii qazın qiyməti üzrə proqnozunu açıqlayıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün Avropada təbii qazın orta qiyməti üzrə baza proqnozunu yeniləyib.

“Fitch”in baza proqnozuna görə, TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın 1 000 kub fut (28,3168 kubmetr) üçün qiymətinin 2025-ci ildə 12 ABŞ dolları, 2026-cı ildə – 8 dollar, 2027-ci ildə – 7 dollar, 2028-ci ildə isə 7 dollar səviyyəsində olacağı ehtimal olunur (proqnozlar göstəricilər dəyişməyib).

Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 11 dollar olub.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər