-3 C
Baku
Sunday, December 15, 2024

“Fitch”: “Azərbaycanda bank sektorunun əsas göstəriciləri yaxşılaşıb”

Azərbaycanın bank sektorunun vəziyyəti son illərdə yaxşılaşsa da, hələ də kifayət qədər zəif olaraq qalır ki, “Fitch” bank sistemi indikatorunun “b” göstəricisi bunu bir daha təsdiq edir.

Banker.az bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir. Hesabatda bildirilib ki, vaxtı keçmiş kreditlərin payı 2020-ci ilin sonundakı 6.1%-dən 2022-ci ilin sonunda 2.9%-ə enib ki, buna sektorun kredit qoyuluşlarında güclü artım səbəb olub.

Orta kapitalın gəlirliliyi 2022-ci ildə 17.3% təşkil edib və bu il 15%-dən yuxarı qalacağı ehtimal edilir, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 15.2% təşkil edir, bank sektorunda Rusiyanın iştirak payı isə yüksək deyil.

Depozitlərin dollarlaşma əmsalı 2020-ci ilin sonundakı 60%-dən 2022-ci ilin sonunda 48%-ə ensə də, 19%-lik orta göstəricidən xeyli yuxarı olaraq qalmaqdadır. “Fitch” hesab edir ki, tənzimləyici orqanların nəzarəti yaxşılaşır, lakin hələ də müəyyən çatışmazlıqlar mövcuddur.

Son xəbərlər
Digər xəbərlər