13 C
Baku
Wednesday, May 8, 2024

“Fitch” Azərbaycanın qeyri-neft büdcə kəsirinin azaldılması planlarını təxirə salmasının səbəbini açıqlayıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi gözləyir ki, Azərbaycanda neft qiymətlərinin büdcədə proqnozlaşdırılandan yüksək olması və qeyri-neft gəlirlərinin artması dövlət büdcəsinin profisitini saxlamağa yardım edəcək, baxmayaraq ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün xərclər artır.

Bu barədə agentliyin saytına istinadən xəbər verilir.

“Bizim hesablamalara görə, 2023-cü ildə icmal büdcənin profisiti ÜDM-in 7,8 %-nə qədər artacaq. Buna baxmayaraq, Azərbaycan Qarabağla bağlı xərcləri qarşılamaq üçün fiskal qaydası çərçivəsində qeyri-enerji üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 17,5 %-nə (2023-cü ildəki 25 %-dən) endirilməsi hədəfini 1 il (2027-ci ilə qədər) təxirə salıb. Bu, Qarabağ və müdafiə ilə bağlı xərclər üzrə öhdəlikləri yerinə yetirilməsi ilə bağlıdır”, – agentlik qeyd edib.

Hökumət həmçinin dövlət borcunun yuxarı həddini ÜDM-in 30 %-nə qədər artırıb (əvvəllər 20 %). “Fitch”in analitikləri hesab edirlər ki, bu qayda nəzarət və büdcə məqsədlərinin müəyyən edilməsi baxımından məhdud praktikaya və zəif institusional çərçivəyə malikdir.

Bildirilib ki, hökumət bank olmayan kredit təşkilatından – “Aqrarkredit”dən ÜDM-in daxili zəmanətli borcunun 8 %-ni üzərinə götürdükdən sonra 2023-cü ildə ölkənin dövlət borcu ÜDM-in 21,8 %-nə yüksəlib. “Fitch” 2024-25-ci illərdə borcun ÜDM-in orta hesabla 21,6 %-ni təşkil edəcəyini proqnozlaşdırır ki, bu da “BB” ölkə kateqoriyasında ən aşağı göstəricidir. Xarici dövlət zəmanətləri və borclanma 2023-cü ildə 6 milyard ABŞ dollarına (ÜDM-in 8,2 %-i) düşüb, bunun böyük hissəsi mənfəətli olan və dövlət dəstəyini tələb etməyən Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər