10 C
Baku
Friday, December 13, 2024

“Fitch” “AzSığorta” şirkətinin reytinqini “B” səviyyəsində təsdiq edib

Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AzSığorta” şirkətinin maliyyə dayanıqlığı reytinqini “B” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.

Reytinq üzrə proqnoz “Stabil” səviyyədə saxlanılıb.

““AzSığorta”nın reytinqi şirkətin orta biznes profilini və yüksək investisiya riskini əks etdirir. Bu amillər sığortaçının kapitalının möhkəmliyi ilə kompensasiya edilir”, – deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, 2019-cu ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə daxilolmaların azalması nəticəsində şirkətin yığımları 13% azalıb. Nəticədə AVSMMİS seqmentində “AzSığorta”nın bazar payı 2018-ci ilə olan 3%-dən 2019-cu ilin sonuna 2%-dək azalıb. “AzSığorta” avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polislərini kifayət qədər aşağı itki əmsalı ilə satdığı əsas yayılma kanalını itirib”, – deyə məlumatda bildirilir.

“Fitch” hesab edir ki, yerli banklarda “B” reytinqi ilə və ya reytinqsiz yerləşdirilmiş depozitlərin əhəmiyyətli riski səbəbindən “AzSığorta” şirkəti yüksək investisiya riskinə məruz qalır. “2019-cu ilin sonuna şirkətin investisiyalarının 62%-i bank depozitlərində yerləşdirilib, qalan hissəsi isə Azərbaycanın dövlət istiqrazlarına yatırılıb”, – deyə agentliyin məlumatında vurğulanır.

“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 milyon manata bərabərdir.

İnterfaks

Son xəbərlər
Digər xəbərlər