22 C
Baku
Saturday, September 28, 2024

Fitch azərbaycanın beş banklarının reytinqini açıqlayıb

Fitch Ratings agentliyi beş azərbaycan banklarının- UniBank, DemirBank, AtaBank, AGBank və Bank Technique -reytinqini təsdiqləyib.

Agentliyin məlumatına görə, onlar bu bankların xarici məzənnədə emitentin defolt reytinqini təsdiqləyiblər. Belə ki, UniBank və DemirBank “B” səviyyəsində, həmçinin AtaBank, AGBank və Bank Technique “B” səviyyəsində. UniBank və DəmirBank banklarının reytinq üzrə proqnozları “Stabildən” “Pozitivə”, AGBank bankının reytinqinin proqnozu “Mənfidən” “Stabilə” dəyişdirilib.

Agentlik qeyd edib ki,reytinqlərin təsdiq olunmasında ümumilikdə sadalanan bankların kredit vermə bacarıqlarının göstəriciləri və onların hal- hazırdakı ümumi iqtisadi vəziyyətləri əks olunub. Bankların ümumi iqtisadi vəziyyətləri neftə olan yüksək qiymətlər sayəsində dəstək olunur. Neftə olan yüksək qiymətlərin qeyri- neft sektoruna təsiri dövlət vəsaitlərin ayrılması ilə birlikdə böhrandan sonra səhmlərlə olan problemləri tədricən həll olunmasını dəstəkləyirdi. Bundan savayı, bankların (xüsusi ilə, UniBank və DəmirBankın) təmiz gəlirlərinin çoxalmasına daha yüksək marjalı pərakəndə kreditlərin və mikro kreditləşmənin artması müsbət şəkildə təsir etmişdi.

Fitch agentliyi qeyd etmişdi ki, ümumilikdə bank sektorunda likvidlik stabildir və davamlı maliyyələşdirmə və depozitlərin stabil şəkildə artması ilə dəstək olunur. Özəl bankların kapital bazarında maliyyələşdirilmələrinin əsas mənbələri hökümət və inkişaf təşkilatlarıdır. Belə maliyyələşdirilmə həcminə görə məhdud hesab edilir.

Agentlik: “Hər beş bank kapitala təzyiq ilə qarşılaşırlar (Unibankdan başqa). Çünki korporativ kreditləşmədə marjanın azalması, kiçik miqyaslı fəaliyyət və kaapitalın məhdudlaşdırılmış sayda yatırımının fonunda kapital mənfəət hesabına yarana bilmir.

2013-ci ildə AGBank-da orta kapital dəyərinin mənfəəti  (ROAE) 5%, AtaBank-da isə 10% təşkil edirdi. Eyni zamanda Demirbank və Unibank daxili mənbələrindən kapitallaşmanı yaxşılaşdırmaqlarının şansları daha yüksəkdir. Çünki bu iki maliyyyə təşkilatlarının ROAE göstəriciləri 2013-ci ildə kreditləşmənin artımı ilə müqayisə olunacaq səviyyədədirlər”

Banklar üzrə tam reytinq fəaliyyətlər:

UniBank

Xarici məzənnə ilə uzun müddətli EDR “B” səviyyəsində təsdiq olunub, proqnoz “Stabildən” “məsbətə” dəyişdirilib.

Xarici məzənnə ilə qısa müddətli EDR “B” səviyyəsində təsdiq olunub.

Sabitlik reytiniqi “b” səviyyəsində təsdiq edilib.

Dəstək reytinqi “5” dərəcəsində təsdiq olunub.

Uzun müddətli EDR dəstək səviyyəsi “dəstək dərəcəsi yoxdur” kimi təsdiq edilib.

DəmirBank

Xarici məzənnə ilə uzun müddətli EDR “B” səviyyəsində təsdiq olunub, proqnoz“Stabildən” “məsbətə” dəyişdirilib.

Xarici məzənnə ilə qısa müddətli EDR “B” səviyyəsində təsdiq olunub.

Sabitlik reytiniqi “b” səviyyəsində təsdiq edilib.

Dəstək reytinqi “5” dərəcəsində təsdiq olunub.

Uzun müddətli EDR dəstək səviyyəsi “dəstək dərəcəsi yoxdur” kimi təsdiq edilib.

AtaBank

Xarici məzənnə ilə uzun müddətli EDR “B” səviyyəsində təsdiq olunub, proqnoz “Stabildir”.

Xarici məzənnə ilə qısa müddətli EDR “B” səviyyəsində təsdiq olunub.

Sabitlik reytiniqi “b” səviyyəsində təsdiq edilib.

Dəstək reytinqi “5” dərəcəsində təsdiq olunub.

Uzun müddətli EDR dəstək səviyyəsi “dəstək dərəcəsi yoxdur” kimi təsdiq edilib.

AGBank

Xarici məzənnə ilə uzun müddətli EDR “B” səviyyəsində təsdiq olunub, proqnoz “Mənfidən” “Stabitə” dəyişdirilib.

Xarici məzənnə ilə qısa müddətli EDR “B” səviyyəsində təsdiq olunub.

Sabitlik reytiniqi “b-” səviyyəsində təsdiq edilib.

Dəstək reytinqi “5” dərəcəsində təsdiq olunub.

Uzun müddətli EDR dəstək səviyyəsi “dəstək dərəcəsi yoxdur” kimi təsdiq edilib.

BankTechnique

Xarici məzənnə ilə uzun müddətli EDR “B-” səviyyəsində təsdiq olunub, proqnoz “Stabildir”.

Xarici məzənnə ilə qısa müddətli EDR “B” səviyyəsində təsdiq olunub.

Sabitlik reytiniqi “b-” səviyyəsində təsdiq edilib.

Dəstək reytinqi “5” dərəcəsində təsdiq olunub.

Uzun müddətli EDR dəstək səviyyəsi “dəstək dərəcəsi yoxdur” kimi təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər