12 C
Baku
Saturday, November 23, 2024

“Fitch”: “Bu il Azərbaycanda iqtisadi artım 3.6% təşkil edəcək”

Azərbaycanda yüksək inflyasiyanın real gəlirləri azaltması ilə bu ölkənin ümumi daxili məhsulundakı (ÜDM) artım ötənilki 5,6%-ə qarşı 3,6%-ə düşəcək.

Bunu “Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib.

“Təbii qaz hasilatının artması neft hasilatının tədricən azalmasını qismən kompensasiya etdiyindən, 2023-cü ildə isə ölkənin iqtisadi artımı 2% olacaq. “Fitch” qeyri-neft özəl sektorunun investisiya qoyuluşlarını, iqtisadiyyatın şaxələndirilməsini və ümumi ÜDM-in artım tendensiyasını məhdudlaşdıran böyük və səmərəsiz dövlət sektorunda struktur islahatları üçün zəif perspektivləri görməkdə davam edir”, – deyə qurumun açıqlamasında qeyd olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər