3 C
Baku
Saturday, December 14, 2024

Fitch “Cənub Qaz Dəhlizi”nin dollar istiqrazlarının reytinqini yüksəldib

Beynəlxalq reytinq agentliyi Fitch Azərbaycanda təbii qaz operatoru  “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) yüksək səviyyəli təminatsız istiqrazlarının xarici valyutada uzunmüddətli reytinqini BB+ səviyyəsindən BBB- səviyyəsinə yüksəldib.

Bunu Banker.az Fitch-in məlumatına istinadla xəbər verir.

Agentlik şərhində yazır ki, yeni reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard ABŞ dolları məbləğində istiqrazlarına görə tam və vaxtında ödənişlə bağlı dövlətin verdiyi qeyd-şərtsiz, subordinasiyasız və geri alınmaz zəmanəti əks etdirir.

Nəticədə “Fitch” istiqrazların reytinqini Azərbaycanın uzunmüddətli defolt reytinqinə (və ya IDR) bərabər hesab edir.

Qeyd edək ki, CQD-nin səhmlərinin 51%-i dövlətə (İqtisadiyyat Nazirliyinə), 49%-i SOCAR-a məxsusdur.

Son xəbərlər
Digər xəbərlər